
Günə Baxış - 08.10.2020
Beynəlxalq valyuta birjalarında dolların digər aparıcı valyutalara nisbətən qiymətlərinin təzyiq altında olduğu müşahidə edilir. Təhlillərə əsasən, dollar indeksi 93.52 punktun da qırılması ilə 92.91 punkta kimi də 0.7% dəyər itirə bilər.
EURUSD məzənnəsi də 1.1776$-ın üzərində möhkəmlənməklə, 1.1858$-a kimi bahalaşa bilər. GBPUSD məzənnəsi üzrə 1.30$-a kimi bahalaşma proqnozları da güclənməkdədir.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 10:00-da Almaniyanın ticarətinə və 16:30-da ABŞ-ın əmək bazarına dair dərc ediləcək önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzində olacaqdır.