
Günə Baxış - 07.10.2020
Beynəlxalq valyuta birjalarında Avropa Mərkəzi Bank sədrinin çıxışından sonra avro yenidən ucuzlaşmağa başlayıb. Laqardın Korona tədbirlərinin yenidən qüvvəyə minməsi şəraitində iqtisadiyyatda risklərin daha da artacağını deməsi, EURUSD məzənnəsinin 1.18$-da müqavimətlə rastlaşaraq, 1.1725$-a kimi ucuzlaşmasına səbəb olub. Təhlillərə əsasən, məzənnə 1.1690$-a kimi də ucuzlaşa bilər.
GBPUSD məzənnəsi də Breksit qeyri-müəyyənliyi fonunda təzyiq altında qalmaqdadır və 1.30$ müqavimətini qıra bilmir. Ucuzlaşma dalğasının nəticəsində 1.28$ dəstəyi də qırılarsa, ucuzlaşma 1.27$-a kimi davam edə bilər.
Foreks bazarlarında dollara olan tələbin artması, əlvan metallar bazarlarında qızılın da ucuzlaşmasına təsir edib. Beləliklə, 1872$ dəstəyinin qırılması ilə ucuzlaşmanın 1849$-a kimi davam edəcəyi proqnozlaşdırılır.