Günə Baxış - 01.10.2020

Günə Baxış - 01.10.2020

BİRJA
470

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri cümə günü Amerikanın əmək bazarına dair açıqlanacaq önəmli fundamental göstəricilər öncəsi ucuzlaşır.

Lakin ucuzlaşma dinamikasının getdikcə zəifləməsi, "buğa"ların da ehtimallarını gücləndirir.

Beləliklə, təhlillər dollar indeksinin 93.6 - 93.3 punkt aralığına kimi ucuzlaşdıqdan sonra güclü dəstəklə rastlaşa biləcəyini proqnozlaşdırmağa əsas verir.

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 11:55-də Almaniya, 12:00-da Avrozonadan, 12:30-da İngiltərədən və 18:00-da ABŞ-dan sənaye sektoru ilə bağlı biznes aktivliyi indeksinin dərc edilməsi də investorlar tərəfindən böyük maraqla gözlənilir.

USDTRY məzənnəsində də saat 15:30-da Türkiyənin valyuta ehtiyatları ilə bağlı yayımlanacaq önəmli statistik göstəricilər öncəsi ucuzlaşma müşahidə edilir. Növbəti eniş dalğası üçün 7.70 və 7.50 dəstək səviyyələri önəmli rol oynayacaqdır. 

ABŞ-da noyabr ayında baş tutacaq prezident seçkisi fonunda qeyri-müəyyənlik, əlvan metallar bazarlarında qızıla olan tələbin də yenidən artmasına səbəb olur. Lakin seçkilərin sakit keçəcəyi ehtimalları da az deyildir. 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Günə Baxış - 01.10.2020 — Fins.az — Fins.az