
"GL" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb
Fins.az - 16 iyul 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2040020284 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 22.05.2026-cı il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 4.6 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | "GL" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2042020282 |
İstiqrazların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması | Kütləvi/ Birqiymətli hərrac |
İstiqrazların sayı | 30,000 ədəd |
İlkin ticarət qiyməti | 100 manat |
İstiqrazların buraxılış həcmi | 3,000,000 manat |
Kupon faizi | 15% |
Ödəmə Periodu | Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir |
Tədavül müddəti | 7 il |
Hərrac qiyməti* | 100 manat |
Reallaşdırılmış həcm | 3,000,000 manat |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 3,000,000 manat |
İnvestor sayı | 53 |
Sifariş sayı | 53 |
Anderrayter | “İnvest-AZ İnvestisiya Şirkəti” QSC |