
"GL" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Fins.az - 12 may 2025-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 15.05.2026-cı il tarixində keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | "GL" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2041020283 |
İstiqrazların növü və forması | Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması | Kütləvi/ Birqiymətli hərrac |
İstiqrazların sayı | 30,000 ədəd |
İlkin ticarət qiyməti | 100 manat |
İstiqrazların buraxılış həcmi | 3,000,000 manat |
İllik gəlirlilik faizi | 15% |
Ödəmə Periodu | Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir |
Tədavül müddəti | 7 il |
Ticarətə buraxılma tarixi | 15.05.2026 |
Anderrayter | “İnvest-AZ İnvestisiya Şirkəti” QSC |