"FINCA Azerbaijan" MM QBKT-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

"FINCA Azerbaijan" MM QBKT-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

BİRJA
149

Fins.az - 26 may 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2015019204 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 03.07.2026-cı il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 4.6 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"FINCA Azerbaijan" MM QBKT

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2015019204

İstiqraqzların növü və forması

Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Rəqabətli hərrac

İstiqrazların sayı

15,000 ədəd

İlkin ticarət qiyməti

100 manat

Buraxılış həcmi

1,500,000 manat

İllik gəlirlilik faizi

15%

Ödəmə periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti

24 ay

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

1,500,000 manat

Reallaşdırılmış həcm

1,500,000 manat

Minimal qiymət

100 manat

Maksimal qiymət

100 manat

Kəsmə qiyməti

100 manat

Ortaçəkili qiyməti

100 manat

İnvestor sayı

51

Sifariş sayı

51

Anderrayter

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"FINCA Azerbaijan" MM QBKT-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb — Fins.az — Fins.az