
"FERRUM Kapital" QSC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilib
Fins.az - 1 may 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FERRUM Kapital” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | "FERRUM Kapital” QSC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2023022281 |
İstiqrazların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması | Kütləvi / Birqiymətli Hərrac |
İstiqrazların sayı | 10,000 ədəd |
İlkin ticarət qiyməti | 100 manat |
İstiqrazların buraxılış həcmi | 1,000,000 manat |
İllik gəlirlilik faizi | 14% |
Ödəmə Periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir |
Tədavül müddəti | 12 ay |
Ticarətə buraxılma tarixi | Emitent tərəfindən bildiriləcək |
Anderrayter | “Unicapital İnvestisiya Şirkəti” ASC |