
Ethereum, Litecoin - Texniki Analizi
Ethereum
Çərşənbə günü Ethereum 0,26% bahalaşdı. Çərşənbə axşamı günü 3.69% düşüşdən sonra Ethereum günü 341,68 dollar səviyyəsində başa vurdu. Ethereum, günortadan sonra gün içi ən yüksək 342.83 dollar səviyyəsinə yüksəlmədən əvvəl 333.23 dollar səviyyəsindəki ilk böyük dəstək səviyyəsindən test etdi. Əsas dəstək və müqavimət səviyyələrini gözləniləndən erkən test edən bu kriptovalyutanın gələcək dövrdə yüksək volatillik vəd etdiyini demək mümkündür.
Qarşıdakı gün üçün gözləntilər...Günün hədəf nöqtəsi olaraq ilk olaraq diqqəti 345.38 dollar səviyyəsindəki ilk böyük müqavimət səviyyəsi cəlb edir lakin bu həddin üzərində möhkəmlənməni təmin etmək üçün Ethereum 339.13 səviyyəsindəki pivot xəttinin altına düşməməlidir. Daha böyük həcmli alışların təmin edilə bilməsi üçün verilmiş səviyyələr çox vacibdir. Onu da qeyd edim ki, düşüşlərdə ilk ciddi dəstək həddi 335.42 , ikinci dəstək səviyyəsi isə 329.17 dir.
Litecoin
Çərşənbə günü Litecoin 1,22% bahalaşdı. Çərşənbə axşamı günündən etibarən 0,73% enmə ilə geri dönən Litecoin, günü 46,58 dollar səviyyəsində başa vurdu.
Bu kifayət qədər volatil bir başlanğıc idi. Litecoin hərəkət etmədən öncə səhər erkən gün içərisində ən aşağı 45,03 dollar həddinə qədər korreksiya etdi. 44.97 dollar səviyyəsindəki ilk böyük dəstək səviyyəsindən uzaqlaşan Litecoin, gün içi ən yüksək 46.92 dollar səviyyəsinə yüksəldi.
Qarşıdakı gün üçün gözləntilər... Litecoin, 47.32 dollar səviyyəsindəki ilk böyük müqavimət səviyyəsini dəstəkləmək üçün 46.18 dollar pivotunun altına düşməməlidir . Bununla birlikdə, Litecoin-in 47 dollar səviyyəsinə qalxması üçün bazarın daha geniş dəstəyinə ehtiyac duyulur. Başqa bir qırılma vəziyyətində Litecoin geri çəkilmədən əvvəl 48 dollar səviyyəsində müqavimət göstərə bilər. İkinci böyük müqavimət səviyyəsi 48.07 dollar səviyyəsindədir. 46.18 dollarlıq pivot səviyyəsinin aşağı düşməsinin qarşısını almaq, 45.43 dollar səviyyəsindəki ilk böyük dəstək səviyyəsini aktuallaşdıra bilər.
Rüstəm Nurbalayev
Yatırım məsləhətçisi