
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Əmtəə bazarlarında qızıl və gümüşün fyuçers qiymətlərində azalma müşahidə olunub.
Fins.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,51% azalaraq 4,538.5 ABŞ dolları təşkil edib.
Məlumata görə, COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti də 2,51% enərək 75.6 ABŞ dollarına düşüb.