
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Əmtəə bazarlarında qiymətli metalların fyuçers qiymətlərində azalma müşahidə olunub.
Fins.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 1,88% azalaraq 4,597.1 ABŞ dollarına enib.
Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti də ucuzlaşıb. Belə ki, gümüş 5,34% dəyər itirərək 80.78 ABŞ dolları təşkil edib.