Embafinans -ın 4 mln manatlıq istiqrazı yerləşdirilib

Embafinans -ın 4 mln manatlıq istiqrazı yerləşdirilib 

BİRJA
1,459

26 avqust, 2021-ci il tarixində Bakı Fond Birjasında “Embafinans” QSC-nin tədavül müddəti 3  təqvim ili, nominal dəyəri 1000 manat olan AZ2008020607 dövlət qeydiyyat nömrəli, 4.000.000,00 manat həcmində, faizli, təmin  edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb. 

   Hərrac zamanı 7 investor tərəfindən 1000 qiyməti ilə 7 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 10.00% , faiz ödəniş dövrü isə 1 təqvim ili təşkil edir.

             Sifarişlərin nominal qiymətlə ümumi məbləği 4,162,000.00 manat təşkil etmişdir.   İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 4,000,000.00 manat təşkil etmişdir.

            

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Embafinans -ın 4 mln manatlıq istiqrazı yerləşdirilib — Fins.az — Fins.az