Dünya əmtəə bazarlarında qızıl və gümüşün qiyməti yüksəlib

Dünya əmtəə bazarlarında qızıl və gümüşün qiyməti yüksəlib

BİRJA
247

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçers qiymətlərində artım qeydə alınıb.

Finss.az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında 2026-cı ilin fevral ayı üzrə qızıl fyuçerslərinin qiyməti 1,78% yüksələrək 4 581,2 ABŞ dollarına çatıb.

Eyni zamanda, COMEX birjasında gümüş bazarında da bahalaşma müşahidə olunub. Məlumata görə, 2026-cı ilin mart ayı üzrə gümüşün bir unsiyası üçün fyuçerslərin qiyməti 5,28% artaraq 83,53 ABŞ dolları səviyyəsində formalaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dünya əmtəə bazarlarında qızıl və gümüşün qiyməti yüksəlib — Fins.az — Fins.az