
Dünya birjalarında neftin qiyməti artıb
Fins.az - Dünya birjalarında neftin qiymətində artım qeydə alınıb.
Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,28 dollar bahalaşaraq 97,03 dollara çatıb.
Nyu-Yorkun NYMEX birjasında isə “Light” (WTI) markalı neftin qiyməti 3,22 dollar artaraq 97,6 dollar təşkil edib.
Neft bazarındakı bu artım qlobal enerji bazarlarında davam edən qeyri-müəyyənlik və təchizat amilləri ilə əlaqələndirilir.