
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərinin qiymətində azalma müşahidə olunub.
Fins.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,21% azalaraq bir troya unsiyası üzrə 4 548.3 ABŞ dolları təşkil edib.
COMEX birjasında gümüşün 2026-cı ilin iyul fyuçerslərinin qiymətində də eniş qeydə alınıb. Belə ki, gümüşün bir unsiyası üzrə fyuçerslərin dəyəri 0,86% azalaraq 76.78 ABŞ dollarına bərabər olub.