
Dünya bazarında neftin qiymətləri yüksəlib
“Brent” markalı neftin bir barelinin qiyməti 4,20 ABŞ dolları və ya 4,29 % artaraq 104,14 ABŞ dolları təşkil edib.
Fins.az xəbər verir ki, ABŞ-ın “WTI” markalı neftinin bir barelinin qiyməti isə 3,71 ABŞ dolları və ya 4,21 % yüksələrək 91,84 ABŞ dollarına çatıb.
Neft bazarında müşahidə olunan artım qlobal enerji bazarlarında qiymət dinamikasının yenidən dəyişdiyini göstərir.