Dünya bazarında neft bahalaşıb

Dünya bazarında neft bahalaşıb

BİRJA
176

Fins.az – İyulun 23-də dünya bazarında əsas neft markalarının qiymətində əvvəlki ticarət günü ilə müqayisədə artım qeydə alınıb.

Müqayisəyə əsasən, Brent markalı neftin bir barrelinin qiyməti 92,19 ABŞ dollarından 94,17 ABŞ dollarına yüksəlib. Bu, 1,98 ABŞ dolları və ya 2,15% artım deməkdir.

Azərbaycanın Azeri Light markalı neftinin bir barrelinin qiyməti 98,73 ABŞ dollarından 100,56 ABŞ dollarına qalxıb. Beləliklə, bu marka üzrə qiymət 1,83 ABŞ dolları və ya 1,85% artıb.

Hesabat dövründə BTC FOB markalı neftin bir barreli 94,81 ABŞ dollarından 96,69 ABŞ dollarına yüksəlib. Bu isə 1,88 ABŞ dolları və ya 1,98% bahalaşma deməkdir.

Urals markalı neft də qiymət artımı qeydə alıb. Bu markanın bir barrelinin qiyməti 60,97 ABŞ dollarından 62,94 ABŞ dollarına yüksələrək 1,97 ABŞ dolları və ya 3,23% artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dünya bazarında neft bahalaşıb — Fins.az — Fins.az