
Dünya bazarında neft bahalaşıb
Dünya əmtəə bazarlarında neftin qiyməti artaraq mühüm psixoloji həddi keçib.
Fins.az xəbər verir ki, Londonun ICE birjasında avqust tədarüklü Brent markalı neftin qiyməti 1,14% və ya 1,09 ABŞ dolları bahalaşaraq bir barel üçün 97,09 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında isə iyul tədarüklü WTI markalı neftin qiyməti 1,30% və ya 1,22 dollar artaraq 94,98 dollara yüksəlib.