
Dünya bazarında neft bahalaşıb
“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı “Brent” markalı neftin 2026-cı ilin iyul müqaviləsinin dəyəri artım nümayiş etdirib.
Fins.az xəbər verir ki, “Brent” neftinin 1 bareli üzrə qiymət 1,21% yüksələrək 107.00 ABŞ dolları təşkil edib.
Eyni zamanda, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında da neft qiymətlərində artım qeydə alınıb. Belə ki, 2026-cı ilin iyun ayında ixrac edilmək şərti ilə “WTI” markalı neftin 1 barelinin qiyməti 1,4% artaraq 102.59 ABŞ dollarına çatıb.