
Dövlət qiymətli kağızları ilə aparılmış əməliyyatların həcmi açıqlanıb- MƏBLƏĞ
Yanvar-mart aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 888 milyon manatlıq hissəsi və yaxud 41,1%-i dövlət qiymətli kağızlarının, 848 milyon manatlıq hissəsi və yaxud 39,3%-i korporativ qiymətli kağızların, 422 milyon manatlıq hissəsi və yaxud 19,6%-i isə repo əməliyyatlarının payına düşüb.
Fins.az xəbər verir ki, bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 75,8% az, 5,9% çox və 4,2 dəfə çoxdur.
Ötən rüb bu bazarda bağlanmış əqdlərin isə 274-ü və yaxud 22%-i dövlət qiymətli kağızlarının, 741-i və yaxud 59,4%-i korporativ qiymətli kağızların, 232-si və yaxud 18,6%-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 41,2%, 12,1% çox və 2,6 dəfə çoxdur.