Dövlət istiqrazlarından büdcəyə 659 milyon manat daxil olub

Dövlət istiqrazlarından büdcəyə 659 milyon manat daxil olub

BİRJA
825

2019-cu  il ərzindədaxili maliyyə bazarında yerləşdirilmiş  dövlət  istiqrazları üzrə dövlət büdcəsinə 659 milyon manat vəsait daxil olmuşdur. 

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatda bildirilir.

Hesabatda qeyd edilib ki, dövlət istiqrazları əsasən yerli kommersiya bankları, sığorta şirkətləri və bir sıra hüquqi şəxslər tərəfindən alınmışdır.

2019-cu il və ondan əvvəlki illər ərzində yerləşdirilmiş dövlət istiqrazları üzrə 541,9 milyon manat məbləğində vəsait, o cümlədən 450,5 milyon manat əsas borc və 91,4 milyon manat faiz borcu hesabat ili ərzində investorlara geri ödənilmişdir. 

2019-cu il 31 dekabr tarixinə dövriyyədə olan dövlət istiqrazlarının ümumi həcmi 1 milyard 255,5 milyon manat təşkil edərək, 285 milyon manatı qısamüddətli (dövriyyəmüddəti 1 ilədək), 970,5 milyon manatı ortamüddətli (dövriyyə müddəti 1 ildən 3 ilədək) dövlət istiqrazlarının payına düşür.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlət istiqrazlarından büdcəyə 659 milyon manat daxil olub — Fins.az — Fins.az