
DFC Azərbaycanla yeni investisiya imkanlarına açıqdır
ABŞ İnkişaf Maliyyə Korporasiyası (DFC) Orta Dəhlizin inkişafını dəstəkləmək üçün ABŞ Dövlət Departamenti ilə sıx əməkdaşlıq edir.
Fins.az xəbər verir ki, bu barədə Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş ticarət və biznes konfransında DFC-nin idarəedici direktoru Kennet Edgel bildirib.
K.Edgel Azərbaycanın unikal coğrafi mövqeyini vurğulayaraq, Transxəzər Dəhlizinin Mərkəzi Asiyanı Avropa və Amerika bazarları ilə birləşdirmədə strateji əhəmiyyətini qeyd edib. O regional əməkdaşlığın iqtisadi faydalarını, sabitliyin gücləndirilməsində iqtisadi tərəfdaşlığın rolunu və 8 avqustda imzalanan müqavilələrin əhəmiyyətini vurğulayıb.
“DFC biznes üçün açıqdır və Azərbaycanda yeni layihələrdə iştirak etməyə hazırdır. Potensial investisiyalar və əməkdaşlıq barədə dialoqa hər zaman açığıq,” – deyə Edgel əlavə edib.