
Çində insanlara pulsuz kriptovalyuta paylanılıb
Çinin cənubunda yerləşən Şengzen vilayətində insanlara yerli mağazalarda istifadə etmək üçün lotereya yolu ilə 10 milyon yuan (1,5 milyon ABŞ dolları) dəyərində kriptovalyuta paylanılııb.
Fins.az xəbər verir ki, lotoreyada 2 milyon insan iştirak edib.
Bunun isə 50 mini qalib elan olunub. Qaliblər “Renminbi” tətbiqini yükləyərək kriptovalyutalarını ala və regiondakı 3 min mağazada istifadə edə bilərlər.
Xatırladaq ki, Çində kriptovalyutaların dövriyyəyə buraxılmasını Mərkəzi Bank həyata keçirir.