
Bu ölkə Rusiyadan 4 dollara neft almağı planlaşdırır
Belarus apreldə Rusiyadan 1 bareli təxminən 4 dollara olan qiymətlə 2 mln. ton neft almağı nəzərdə tutur.
Bu barədə Belarusun Baş nazir Sergey Rumas bildirib.
"Belarus ümid edir ki, bu ay bir barelinin qiyməti təxminən 4 dollar olan 2 milyon ton həcmində Rusiya nefti alacaq”,- deyə Baş nazir qeyd edib.
© Report