Brent neftinin qiyməti 108,9 dollara yüksəlib

Brent neftinin qiyməti 108,9 dollara yüksəlib

BİRJA
223

Fins.az - Neft bazarında qiymət artımı davam edir. Bazar ertəsi axşam saatlarında Brent markalı neftin qiyməti kəskin yüksəlib.

Londondakı ICE Futures birjasında iyun ayı üzrə Brent fyuçerslərinin qiyməti 108,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki ticarət gününün bağlanış qiymətindən 3,59 dollar və ya 3,41 faiz çoxdur.

Eyni zamanda, Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin iyun fyuçersləri də 2,55 dollar (2,7%) bahalaşaraq 96,95 dollar/barel səviyyəsinə çatıb.

Analitiklər qiymət artımını əsasən geosiyasi xəbərlərlə bağlı qeyri-müəyyənlik və bazarda risklərin artması ilə izah edirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Brent neftinin qiyməti 108,9 dollara yüksəlib — Fins.az — Fins.az