Brent neftinin qiyməti 104 dolları ötüb

Brent neftinin qiyməti 104 dolları ötüb

BİRJA
254

Fins.az - Çərşənbə günü dünya bazarlarında etalon neft markalarının qiymətləri fərqli istiqamətdə dəyişib. Sessiyanın əvvəlində hər iki marka ucuzlaşsa da, sonradan Brent markalı neft bahalaşıb.

Moskva vaxtı ilə saat 14:44-ə olan məlumata görə, may fyuçersləri üzrə Brent nefti Londonun ICE Futures birjasında 0,59 dollar (0,57%) artaraq bir barel üçün 104,01 dollara çatıb.

Eyni zamanda, aprel fyuçersləri üzrə WTI nefti Nyu-Yorkun NYMEX birjasında 1,38 dollar (1,43%) ucuzlaşaraq 94,83 dollar olub.

Qiymət artımına İran mediasında Fars körfəzində yerləşən “Cənubi Pars” qaz yatağına hücum edilməsi ilə bağlı yayılan məlumatlar dəstək verib. Hücumun detalları açıqlanmayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Brent neftinin qiyməti 104 dolları ötüb — Fins.az — Fins.az