Brent nefti ucuzlaşaraq 108 dollar səviyyəsində ticarət olunur

Brent nefti ucuzlaşaraq 108 dollar səviyyəsində ticarət olunur

BİRJA
324

Fins.az - Bazar ertəsi axşam saatlarında dünya bazarında neft qiymətləri bir qədər ucuzlaşıb. Londonun ICE birjasında Brent markalı neftin iyun fyuçersləri 0,55% azalaraq 108,43 dollar/barel səviyyəsində ticarət olunub.

Eyni zamanda, NYMEX birjasında WTI markalı neftin may fyuçersləri 0,74% ucuzlaşaraq 110,72 dollar/barel təşkil edib.

Ekspertlər qeyd edirlər ki, qiymətlərin azalması əsasən Pasxa bayramı ilə əlaqədar bəzi bazarların bağlı qalması və ticarət aktivliyinin aşağı olması ilə bağlıdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Brent nefti ucuzlaşaraq 108 dollar səviyyəsində ticarət olunur — Fins.az — Fins.az