
Brent nefti 106 dolları ötüb, bazarda dəyişkənlik davam edir
Fins.az - Dünya bazarında neft qiymətləri yüksək dəyişkənlik nümayiş etdirməyə davam edir. Cümə günü axşam saatlarında Brent markalı neft bahalaşaraq 106 dollar səviyyəsindən yuxarı ticarət olunub.
Məlumata görə, iyun fyuçersləri 0,89% artaraq bir barel üçün 106,01 dollar təşkil edib. Gün ərzində Brent-in qiyməti hətta 107,48 dollara qədər yüksəlib.
Eyni zamanda, WTI markalı neftin iyun kontraktları isə 0,4% ucuzlaşaraq 95,47 dollar səviyyəsinə enib.
Ekspertlər bildirirlər ki, qiymətlərdəki bu dalğalanma əsasən Yaxın Şərqdəki gərginliklə bağlı xəbərlərə reaksiya olaraq baş verir. Xüsusilə Tehranda hava hücumundan müdafiə sistemlərinin işə düşməsi ilə bağlı məlumatlar bazarda narahatlığı artırıb.