
Brent markalı neftin qiyməti 97,2 dollara düşüb
Fins.az - Neft qiymətləri bazar ertəsi günorta saatlarında ABŞ ilə İran arasında sülh razılaşmasının hazırlanması ilə bağlı xəbərlər fonunda kəskin ucuzlaşıb.
London birjasında Brent markalı neft üzrə iyul fyuçersləri Moskva vaxtı ilə saat 14:50-yə olan məlumata əsasən 6,33 dollar və ya 6,11 faiz ucuzlaşaraq bir barel üçün 97,21 dollara enib.
Nyu-York əmtəə birjasında WTI markalı neft üzrə iyul fyuçersləri isə 5,94 dollar və ya 6,15 faiz azalaraq bir barel üçün 90,66 dollar olub.
ABŞ Prezidenti Donald Trump “Truth Social” sosial şəbəkəsində bildirib ki, Vaşinqton və Tehran arasında razılaşma üzrə danışıqlarda əsas məsələlər böyük ölçüdə razılaşdırılıb və sənəd yekun təsdiq mərhələsinə çatıb.