Brent markalı neftin qiyməti 97 dollara düşüb

Brent markalı neftin qiyməti 97 dollara düşüb

BİRJA
359

Fins.az - Brent crude oil markalı neftin qiyməti cümə axşamı keçirilən ticarətdə təxminən 4% ucuzlaşıb.

Londonun ICE Futures birjasında iyul fyuçerslərinin qiyməti bir barel üçün 97,29 dollar təşkil edib. Bu, əvvəlki sessiyanın bağlanışı ilə müqayisədə 3,98 dollar və ya 3,93% azalma deməkdir.

Eyni zamanda, WTI crude oil üzrə iyun fyuçersləri də ucuzlaşaraq 91,38 dollara enib.

Analitiklər qiymət azalmasını ABŞ ilə İran arasında aparılan sülh danışıqları ilə bağlı müsbət gözləntilərlə əlaqələndirirlər.

Mediada yayılan məlumatlara görə, tərəflər müvəqqəti razılaşmaya yaxınlaşıb. Bu razılaşma hərbi qarşıdurmanın dayandırılması və Hörmüz boğazı vasitəsilə gəmi hərəkətinin mərhələli şəkildə bərpasına imkan yarada bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Brent markalı neftin qiyməti 97 dollara düşüb — Fins.az — Fins.az