
Brent markalı neftin qiyməti 115 dolları keçib
Fins.az - Dünya bazarında neftin qiyməti artmaqda davam edir. Londonun ICE Futures birjasında Brent markalı neftin may fyuçersləri 2,55 dollar (2,27%) bahalaşaraq 115,12 dollar/barelə çatıb.
Nyu-Yorkun NYMEX birjasında isə WTI markalı neftin qiyməti 1,76 dollar (1,77%) artaraq 101,4 dollar/barel olub.
Cümə günü də neft qiymətlərində ciddi artım qeydə alınıb. Belə ki, Brent 4,22%, WTI isə 5,4% bahalaşıb.
Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti diqqətlə izləməyə davam edir. Yəməndə husilərin münaqişəyə qoşulmasından sonra yaxın zamanda sabitliyin bərpa olunacağına dair ümidlər zəifləyib.