
"Brent" markalı neft ucuzlaşıb
"Brent" markalı neftin qiyməti 8 sent azalaraq bir barel üçün 112,11 dollara düşüb.
Fins.az xəbər verir ki, "ABŞ-ın West Texas Intermediate" (WTI) markalı xam nefti isə 6 sent ucuzlaşaraq 98,17 dollar olub. Əvvəlki sessiyada WTI qiyməti 2,27 faiz artım göstərmişdi.
Hazırda Brent və WTI arasındakı qiymət fərqi 14 dolları keçib ki, bu da son illərin ən geniş fərqlərindən biri hesab olunur.
Neftin qiymətində müşahidə olunan qısamüddətli geriləmə əsasən bazarda likvidliyin zəif olması və treyderlərin mənfəət götürməsi ilə bağlıdır.
Bazardakı əsas istiqaməti hələ də geosiyasi risklər və təkliflə bağlı gözləntilər müəyyənləşdirir.