"BQ" ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb

"BQ" ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb

BİRJA
76

Fins.az - 3 iyun 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BQ" ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

"BQ" ASC-nin səhmlərin abunə yazılışı 05.06.2026-cı il tarixində başlayaraq, 5 gün davam edib və iyunun 9-u yekunlaşmışdır. 

Qiymətli kağızların yerləşdirilməsi isə 11.06.2026-cı il tarixində yekunlaşmışdır.

Qeyd olunan qiymətli səhmlərin ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 4.3 bəndinin tələblərinə cavab verdiyinə görə Standart Bazar Listinq seqmetintinə alınır.

Qeyd olunan səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"BQ" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ1002020936

Səhmin növü və forması

Sənədsiz adlı, adi səhmlər

Ticarət üsulu / forması

Kütləvi / Abunə yazılışı

Səhmlərin sayı

100 ədəd

İlkin ticarət qiyməti

2,005 manat

Buraxılış həcmi

200,500 manat

Hərrac qiyməti

2,005 manat

Reallaşdırılmış həcm

200,500 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

200,500 manat

İnvestor sayı

1

Sifariş sayı

1

Yerləşdirmənin yekunlaşdığı tarix

11.06.2026

Anderrayter

“İnvest-Az İ.Ş.” QSC

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"BQ" ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb — Fins.az — Fins.az