BoJ: Rəqəmsal valyuta sınaqları başlayacaq

BoJ: Rəqəmsal valyuta sınaqları başlayacaq

BİRJA
544

Beynəlxalq Maliyyə İnstitutunun 2020-ci il iclasında çıxış edən Yaponiya Bankı sədri Haruhiko Kuroda, "Mərkəzi Bank keçən iyul ayında rəqəmsal bir valyuta qrupu qurdu və gələn ilin yazında rəqəmsal valyuta (CBDC) testlərinə başlayacaq" deyə bildirib.

Kuroda həm də rəqəmsal valyutaların şəxsi ödəmə sistemləri sektoruna zərər vermədən, inkişaf etdirilməli olduğunu da qeyd edib. Rəqəmsal valyutaların özəl sektorun ödəmə xidməti təminatçılarını ləğv etməməsi lazım olduğunu söyləyən Kuroda, "hər iki sektorun davamlılığını təmin etməliyik” deyə əlavə edib. Buna görə bu testlər mümkün bir rəqəmsal dəyişdirmə üçün tələb və prinsipləri müəyyənləşdirmək məqsədi daşıyacaqdır. 

Qeyd etmək lazımdır ki, keçən həftə Cənubi Koreyanın Mərkəzi Bankı da 2021-ci il ərzində CBDC təcrübələrini aparacağını açıqlamışdı. Çində hazırda rəqəmsal yuan üçün geniş testlər aparılır. Çin Bank (PBOC) sədr müavini bu həftə sonu rəqəmsal yuanın satışının sürətləndiriləcəyini söyləyib. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BoJ: Rəqəmsal valyuta sınaqları başlayacaq — Fins.az — Fins.az