
"Bitcoin"in qiyməti 75 min dolları ötüb
Kriptovalyuta bazarında son sutkada əsas aktivlər üzrə artım müşahidə olunub.
Fins.az CoinMarketCap platformasına istinadən xəbər verir ki, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 1,02% artaraq 2,54 trln. ABŞ dollarına çatıb.
Məlumata görə, bazarın aparıcı aktivi olan "Bitcoin"in qiyməti 24 saat ərzində 1,38% artaraq 75 066 ABŞ dolları olub. Həftəlik müqayisədə isə BTC-nin qiyməti 5,74% artıb.
İkinci ən böyük kriptovalyuta olan "Ethereum"un qiyməti sutka ərzində 1,52% artaraq 2 357 ABŞ dollarına yüksəlib. Son 7 gündə isə ETH üzrə artım 8,11% təşkil edib.