"Bitcoin”in qiyməti 71 min dollardan aşağı enib

"Bitcoin”in qiyməti 71 min dollardan aşağı enib

BİRJA
190

Son sutkada kriptovalyuta bazarında əsas aktivlər üzrə eniş müşahidə edilib.

Fins.az xəbər verir ki, bazarın ümumi kapitallaşması 0,46% azalaraq 2,42 trilyon dollara düşüb.

Lider kriptovalyuta olan “Bitcoin”in qiyməti 0,74% azalaraq 70 962 dollar təşkil edib. Bununla belə, həftəlik müqayisədə “Bitcoin”in qiyməti 2,64% artım göstərib.

İlk onluqda yer alan digər kriptovalyutalara gəldikdə, “Ethereum”un qiyməti son sutkada 0,92% azalaraq 2 192 dollar olub, “BNB”nin qiyməti isə 0,14% artaraq 595 dollar səviyyəsində qərarlaşıb.

Daha ətraflı bu link vasitəsilə öyrənə bilərsiniz:

https://fins.az/az/kripto

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Bitcoin”in qiyməti 71 min dollardan aşağı enib — Fins.az — Fins.az