
"Bitcoin" ucuzlaşıb
Kriptovalyuta bazarında son sutkada əsas aktivlər üzrə qarışıq dinamika müşahidə olunub.
Fins.az CoinMarketCap platformasına istinadən xəbər verir ki, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,1% artaraq 2,54 trln. ABŞ dollarına çatıb.
Məlumata görə, bazarın aparıcı aktivi olan Bitcoin (BTC)-in qiyməti son 24 saat ərzində 0,41% azalaraq 74 655 ABŞ dolları olub. Həftəlik müqayisədə isə BTC-nin qiyməti 3,64% artıb.
İkinci ən böyük kriptovalyuta olan Ethereum (ETH)-un qiyməti sutka ərzində 1,34% azalaraq 2 322 ABŞ dollarına düşüb. Son 7 gündə isə ETH üzrə 5,86% artım qeydə alınıb.