
“Biləsuvar Quşçuluq” səhmlərini satışa çıxarır
Dekabrın 1-də "Bakı Fond Birjası" QSC-də (BFB) “Biləsuvar Quşçuluq” ASC-nin 373 327 ədəd adi, sənədsiz, adlı səhmləri satışa çıxarılacaq.
Fins.az xəbər verir ki, açıq hərracda iştirak etmək istəyənlər noyabrın 28-nə qədər “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-yə, eləcə də BFB-nin üzvü olan digər investisiya şirkətlərinə müraciət edə bilər.
© Report