
Bakı Fond Birjasının kapitalizasiyası 10% ARTIB
2020-ci ilin sentyabr ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası ilin əvvəlinə nisbətən 10% böyüyüb
Fins.az Bakı fond birjasına istinadən xəbər verir ki, sentyabr ayının son ticarət günü üzrə kapitalizasiyası 2,705,321,341 manat təşkil edib.
Qeyd edək ki,Bakı Fond Birjasında 2020-ci ilin yanvar-sentyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 8,572,178,846 manat təşkil edib.
Müəllif:Aynur Qəniyeva