Bakı Fond Birjasından  kapital bazarı iştirakçılarına pandemiya ilə bağlı GÜZƏŞTLƏR

Bakı Fond Birjasından kapital bazarı iştirakçılarına pandemiya ilə bağlı GÜZƏŞTLƏR

BİRJA
667

Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarında baş verən kəskin dalğalanmaların kapital bazarı iştirakçılarına mәnfi tәsirini azaltmaq məqsədilə Azərbayca Mərkəzi Bankının təklif etdiyi dəstəkləyici tədbirlərə əsasən Bakı Fond Birjası (BFB) bir sıra tədbirlər həyata keçirəcək.

BFB-dən bildirilib ki, aprelin 1-dən 2021-ci il yanvarın 1-dək listinqə daxil olan korporativ istiqrazlar üzrə listinq tarifləri ləğv olunacaq, qiymətli kağızların kütləvi təklif üsulu ilə yerləşdirilməsi zamanı tələb olunan sənədlər dairəsi gələn il yanvarın 1-dək minimallaşdırılaraq emitentlərdən yalnız notarial qaydada təsdiq edilmiş qiymətli kağızların dövlət reyestrindən çıxarışı və emissiya prospekti tələb ediləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı Fond Birjasından kapital bazarı iştirakçılarına pandemiya ilə bağlı GÜZƏŞTLƏR — Fins.az — Fins.az