Bakı Fond Birjasında əməliyyatların sayı və həcmi azalıb

Bakı Fond Birjasında əməliyyatların sayı və həcmi azalıb

BİRJA
419

2026-cı ilin yanvar-fevral aylarında Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əməliyyatların ümumi dəyəri 8,874 milyard manat təşkil edib.

Fins.az BFB-nin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,743 milyard manat və ya 1,5 dəfə azdır.

Eyni zamanda, hesabat dövründə bağlanmış əməliyyatların sayı 3 737 olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,659 vahid və ya 1,4 dəfə azalma deməkdir.

BFB-nin dövriyyəsinin 7,977 milyard manatı repo əməliyyatlarının payına düşüb ki, bu da illik müqayisədə 4,964 milyard manat və ya 1,6 dəfə azalma deməkdir.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əməliyyatların dəyəri isə 68,323 milyon manat təşkil edib ki, bu da 30,7 milyon manat və ya 1,4 dəfə azalma deməkdir.

Məlumat BFB-də investisiya aktivliyində azalma və repo əməliyyatları ilə bağlı tendensiyaların davam etdiyini göstərir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı Fond Birjasında əməliyyatların sayı və həcmi azalıb — Fins.az — Fins.az