
Bakı Fond Birjasında Böyük Britaniya nümayəndə heyəti ilə kapital bazarları üzrə görüş keçirilib
Fins.az - 1 iyun 2026-cı il tarixində Bakı Fond Birjası Böyük Britaniya Səfirliyinin nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş Səfiri cənab Dunkan Norman və Şərqi Avropa və Mərkəzi Asiya üzrə Ticarət Komissarı cənab David Reed rəhbərlik ediblər.
Səfər çərçivəsində Azərbaycanın kapital bazarlarının inkişafı, investisiya imkanları və bazar infrastrukturunun dayanıqlı iqtisadi artımın dəstəklənməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsində rolu ətrafında fikir mübadiləsi aparılıb.
Bakı Fond Birjası Azərbaycan və Böyük Britaniya arasında uzunmüddətli ikitərəfli münasibətləri yüksək qiymətləndirir və ölkənin kapital bazarlarının inkişafına, eləcə də sərhədlərarası investisiya əlaqələrinin gücləndirilməsinə töhfə verəcək beynəlxalq tərəfdaşlarla dialoq və əməkdaşlığın davam etdirilməsinə sadiqdir.