Bakı Fond Birjası: 25–28 avqust 2025 icmalı

Bakı Fond Birjası: 25–28 avqust 2025 icmalı

BİRJA
445

25–28 avqust 2025-ci il tarixlərində Bakı Fond Birjasında dövlət və kommersiya istiqrazları, həmçinin Mərkəzi Bank notları üzrə hərraclar keçirilib.

Finss.az xəbər verir ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən AZ2082008684 İSİN-li ipoteka istiqrazları üzrə 25 avqust tarixində 3,25%-lik faiz ödənişi həyata keçirilib və 925,000 manat məbləğində baza qiymət hesablanıb.

Əsas əməliyyatlar:

  • “Aqroservis” ASC-nin AZ1001005441 ISIN kodlu qiymətli kağızları delistinq olunub.

  • 27–28 avqustda Mərkəzi Bank notlarının yerləşdirilməsi üzrə hərraclar keçirilib.

    • 27 avqust: 28 günlük AZ2500024701 notları – emissiya həcmi 15 milyon manat, ortaçəkili qiymət 99,466.2 manat (illik gəlirlilik 6,90%).

    • 27 avqust: 168 günlük AZ2502024709 notları – emissiya həcmi 2,5 milyon manat, ortaçəkili qiymət 96,792.93 manat (illik gəlirlilik 7,10%).

    • 28 avqust: 84 günlük AZ2501024700 notları – emissiya həcmi 10 milyon manat, ortaçəkili qiymət 98,389.30 manat (illik gəlirlilik 7,02%).

    • 28 avqust: 252 günlük AZ2503024708 notları – emissiya həcmi 2,5 milyon manat, ortaçəkili qiymət 95,227.21 manat (illik gəlirlilik 7,16%).

    • Bütün əməliyyatlar yalnız Azərbaycan bankları tərəfindən T+0 rejimində həyata keçirilib.

Kommersiya istiqrazları və səhmlər:

  • 21 və 28 avqust: BOKT "International" ASC-nin AZ2037021022 və AZ2038021021 ISIN kodlu istiqrazları üzrə 10,000 ədəd buraxılıb, illik gəlirlilik 18%, buraxılış həcmi 1 milyon manat. Faiz ödənişləri hər 30 gündən bir həyata keçiriləcək. Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC.

  • 27 avqust: “Legion Financial” ASC-nin 5,500 ədəd adi, sənədsiz səhmləri ticarətə buraxılıb. İlkin buraxılış 550,000 manat, reallaşdırılmış həcm 260,000 manat. Anderrayter: “Unicapital İ.Ş.” ASC.

25–28 avqust 2025-ci il tarixlərində keçirilmiş əməliyyatlar investorlara müxtəlif müddət və faiz dərəcələri ilə qiymətli kağızlara çıxış imkanı yaratdı, bazarda likvidliyin artırılması və investisiya imkanlarının genişləndirilməsi təmin olundu.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı Fond Birjası: 25–28 avqust 2025 icmalı — Fins.az — Fins.az