“AzRe”nin səhmdarları yanvarın sonunda 2019-cu ilin yekunlarını müzakirə edəcəklər

“AzRe”nin səhmdarları yanvarın sonunda 2019-cu ilin yekunlarını müzakirə edəcəklər

BİRJA
1,083

Yanvar ayının 28-də “AzRe Təkrarsığorta” şirkətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə şirkətdən məlumat verilib.

“İclasda şirkətin 2019-cu il üzrə maliyyə fəaliyyətinin yekunları müzakirə olunacaq. Bundan başqa, səhmdarlar şirkətin əvvəlki illər üzrə bölüşdürülməmiş mənfəəti ilə bağlı məsələni nəzərdən keçirəcəklər”, - deyə məlumatda bildirilir.

Həmçinin “AzRe Təkrarsığorta” şirkətinin cari fəaliyyəti ilə bağlı digər məsələlər də müzakirəyə çıxarılacaq.

Xəbər verildiyi kimi, 2018-ci ilin yekunları üzrə şirkətin xalis mənfəəti 25 milyon 64 min 375,17 manat təşkil edib.

“AzRe Təkrarsığorta” Azərbaycanda fəaliyyət göstərən yeganə təkrar sığorta şirkətidir. Nizamnamə kapitalı 50 milyon manata bərabərdir.

(c)renking

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“AzRe”nin səhmdarları yanvarın sonunda 2019-cu ilin yekunlarını müzakirə edəcəklər — Fins.az — Fins.az