"AZƏRMAŞ GROUP" MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

"AZƏRMAŞ GROUP" MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

BİRJA
137

Fins.az - 2 iyun 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRMAŞ GROUP" MMC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2002027301 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 08.06.2026-cı il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"AZƏRMAŞ GROUP" MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2002027301

İstiqrazların növü və forması

Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz 

Ticarət üsulu/forması

Kütləvi/ Birqiymətli hərrac

İstiqrazların sayı

50,000 ədəd

İlkin ticarət qiyməti

100 ABŞ Dolları

İstiqrazların buraxılış həcmi

5,000,000 ABŞ Dolları

Kupon faizi

9%

Ödəmə Periodu

İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir ödəniləcəkdir

Tədavül müddəti

2 il

Nominal (Yerləşdirmə) qiyməti*

100 ABŞ Dolları

Reallaşdırılmış həcm

5,000,000 ABŞ Dolları

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

5,000,000 ABŞ Dolları

İnvestor sayı

106

Sifariş sayı

106

Anderrayter

"Troni İ.Ş.” QSC

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"AZƏRMAŞ GROUP" MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb — Fins.az — Fins.az