“Azeri Light” markalı neft BAHALAŞDI

“Azeri Light” markalı neft BAHALAŞDI

BİRJA
1,479

"Azeri Light" markalı neftin qiyməti bu gün $0,49 bahalaşaraq $23,97 təşkil edib. “"Azeri LT CIF" markalı neftin bir barrelinin qiyməti bu gün $0,49 və ya 2,1% bahalaşaraq $23,97 olub

Xəbər verildiyi kimi, digər neft növlərinin qiyməti dəyişdikdə, Azərbaycanın yüngül neftinin də qiyməti dəyişir. “Azeri Light” nefti yüngül və aşağı kükürdlü növə aid olduğu üçün onun bir barreli “Brent” markalı neftdən $2,25 baha idi. Lakin son zamanlar “Azeri Light” nefti “Brent” markalı neftdən ucuz qiymətə satılır.

SOCAR-dan "Azeri Light" markalı neftin “Brent”lə müqayisədə aşağı dəyərini Aralıq dənizi bazarında qara qızıla tələbin azalması ilə izah ediblər.

2020-ci il aprelin 1-də Azərbaycan neftinin bir barrelinin qiyməti 19 il bundan əvvəlki antirekordu yeniləyərək $16,53-dək ucuzlaşıb.

"Azeri LT CIF" markalı neftin bir barrelinin qiyməti 2001-ci ilin dekabr ayında minimuma enərək $19,15, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək $149,66 olub.

2020-ci ilin I rübündə “Azeri Light” markalı neftin bir barrelinin orta qiyməti $53,07 təşkil edib.

“Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə SOCAR-ın payı 10% təşkil edir. Mənfəət nefti layihənin səhmdarları arasında müqavilədə iştirak payından asılı olaraq bölüşdürülür.

Azərbaycanda hasil edilən neftin 2/3 hissəsi AÇG-nin payına düşür

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Azeri Light” markalı neft BAHALAŞDI — Fins.az — Fins.az