
Azərbaycanın qiymətli kağızlar bazarında 2 159 mln manatlıq əməliyyat
Bu ilin I rübündə Azərbaycanın qiymətli kağızlar bazarında 2 159 milyon manatlıq əməliyyat aparılıb.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 52,8% azdır.
Ümumi rüblük göstəricinin 625 milyon manatlıq hissəsi ilkin bazarda (84,9% az), 1 534 milyon manatlıq hissəsi isə təkrar bazarda (3,6 dəfə çox) formalaşıb.
Ötən rüb qiymətli kağızlar bazarında 1 247 əqd bağlanılıb. Bu illik müqayisədə 2,6% çoxdur. Əqdlərin 160-ı ilkin bazarın (59,7% az), 1 087-si isə təkrar bazarın (32,9% çox) payına düşüb.