
Azərbaycanın nefti ucuşlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,34 ABŞ dolları və ya 1,83 % azalaraq 71,97 ABŞ dolları təşkil edib.
Fins.az xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti 71,33 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,28 ABŞ dolları və ya 1,81 % azalaraq 69,36 ABŞ dolları təşkil edib.
Aynur Bayramova
Fins.az