Azərbaycanda su elektrik stansiyası səhm buraxacaq

Azərbaycanda su elektrik stansiyası səhm buraxacaq

BİRJA
688

23 may 2022-ci il saat 12.00-da “Çiçəkli Su Elektrik Stansiyası” ASC (bundan sonra-cəmiyyət) səhmdarlarının növbəti ümumi yığıncağı Göygöl rayonu, Aşağı Zurnabad qəsəbəsində cəmiyyətin inzibati binasında keçiriləcəkdir.

"Fins.az"xəbər verir ki, bu barədə səhmdar cəmiyyətin elanında bildilir. 

Məlumatda bildilir ki, yığıncağın gündəliyi aşağıdakı kimidir. 

1. Cəmiyyətin illik maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və təsdiqi.

2. Cəmiyyətin əlavə (sənədsiz, adi) səhmlər buraxması və həmin səhmlər hesabına nizamnamə kapitalının artırılması.

3. Emissiya edilməsi nəzərdə tutulan əlavə səhmlərin yerləşdirilməsi və satışından əldə olunacaq vəsaitin istifadəsindən irəli gələn məsələlər.

4. Səhmdarların gündəlikdəki 2-ci və 3-cü məsələlər üzrə lehinə səs çoxluğu olmadığı halda, “Çiçəkli Su Elektrik Stan­siyası” ASC-nin yenidən təşkili (ASC-dən MMC-yə çevrilməsi) və yenidən təşkilindən irəli gələn digər məsələlərin razılaşdı­rılması.

5. Yuxarıda qeyd olunan məsələlərlə əlaqədar cəmiyyətin nizamnaməsinə zəruri olan dəyişikliklərin edilməsi.

6. Cari və təşkilati məsələlər.

Əlaqə telefonu +994506624716.

Qeyd olunur ki,səhmdarlardan 2022-ci il mayın 23-də “Çiçəkli Su Elekt­rik Stansiyası” ASC səhmdarlarının növbəti ümumi yığıncağın­da iştirak etmələri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda su elektrik stansiyası səhm buraxacaq — Fins.az — Fins.az