Azərbaycanda qiymətli kağızların buraxılmasında mühüm dəyişiklik - ASANLAŞDIRILIR

Azərbaycanda qiymətli kağızların buraxılmasında mühüm dəyişiklik - ASANLAŞDIRILIR

BİRJA
858

Azərbaycan Mərkəzi Bankı qiymətli kağızların qeydiyyatını və emissiyasını sadələşdirir.

 

Fins.az-ın verdiyi məlumata görə, artıq emitentlər (qiymətli kağız buraxan dövlət qurumu və ya şirkət) eyni sənədi bir neçə təşkilata təqdim etmək üçün hazırlamaq məcburiyətində qalmayacaqlar. Belə ki, emitentlər anderrayter olan investisiya şirkətinə sənədləri təqdim etməklə  “bir pəncərə”dən xidmət ala biləcəklər.

 

Hazırda emitentlər təqribən eyni sənədləri həm investisiya şirkətinə, həm nəzarət orqanına (indi Mərkəzi Bankdır), həm Milli Depozit Mərkəzinə və həm də Bakı Fond Birjasına ayrı-ayrı təqdim etmək məcburiyyətindədirlər.

© Marja

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda qiymətli kağızların buraxılmasında mühüm dəyişiklik - ASANLAŞDIRILIR — Fins.az — Fins.az