
Azərbaycan Respublikasının Mərkəzi Bankının 84 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Fins.az - 12 mart 2026-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2610024708 dövlət qeydiyyat nömrəli 12,500,000 manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Notlar üzrə məlumat aşağıdakı kimidir:
Emitent | Azərbaycan Respublikasının Mərkəzi Bankı |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2610024708 |
Notun müddəti | 84 gün |
Notun növü | Diskontlu |
Emissiya həcmi | 12,500,000 manat |
Notun miqdarı | 125 ədəd |
Nominal | 100,000 manat |
Minimal qiymət | 98,530.9042 (6.39%) manat |
Maksimal qiymət | 98,555.8301 (6.28%) manat |
Kəsmə qiyməti | 98,539.9999 (6.35%) manat |
Ortaçəkili qiyməti | 98,546.5101 (6.32%) manat |
Reallaşdırılmış həcmi | 12,500,000 manat |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 32,200,000 manat |
İnvestor sayı | 7 |
Sifariş sayı | 7 |
Notun ödəniş tarixi | 04.06.2026 |